Gəldi qəmdən gözəlim qurtara divanəsini
Gəldi qəmdən gözəlim qurtara divanəsini,Gördü öz şəminə yandırdığı pərvanəsini.
Mənim əfsaneyi-eşqim bürüyüb məmləkəti,Leyli-Məcnunun unutmaq gərək əfsanəsini.
Ey yıxan könlüm evin, indi gəl abad eylə,Daimi eyləmə viranə bu qəm xanəsini.
Bülbül istər gülü, zövq əhli sevər cananı,Hər bir aşiq sevir öz sevgili cananəsini.
Eşq peymanəsidir aşiqi sərməst qılan,Alma dəhrin ələ qəm-qüssəli peymanəsini.
Əhli-fəqrik, bizə bu künci-qənaət xoşdur,Neylirik şahların altun dolu kaşanəsini.
Xalqa göz yaşı ilə ədami-riyadır, qurmuş,Vaizin sanma əbəs sübheyi-səddanəsini.
Məncə, Vahid, yenə meyxanələr abad olsun,Tərk qıl zahidə öz məscidi-viranəsini.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-geldi-qemden-gozelim-qurtara-divanesini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təngdir qönçə dəhanın, gec gəlir avazə söz,Bir sənəmdir – nazənin, qoymuş özünü nazə söz.
Dün gecə açdı nigarım üzünü ay kimiDün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Səhvdir, müşk desəm türreyi-əmbər muyəSəhvdir, müşk desəm türreyi-əmbər muyə,Bu xətadır, səni nisbət qılayım ahuyə.
Bixəbərdir zahid ol kim, sərv qamətdən hənuzBixəbərdir zahid ol kim, sərv qamətdən hənuz,Vəsf edər aşiqlərə ruzi-qiyamətdən hənuz.
Başqa şairlərin şeirləri · Eşq
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Hüsnünün yüzdən birinə malik olmaz novbaharSən qədər zülm etməmiş məzlumlara bu ruzigar.