Səhvdir, müşk desəm türreyi-əmbər muyə
Səhvdir, müşk desəm türreyi-əmbər muyə,Bu xətadır, səni nisbət qılayım ahuyə.
Zülfünün qeydini çəkdik qəmi-hicrin ilə,Ruzigarım dönüb, ey mahi-təbi-zücüyə.
Taəti-məscidü mehrabə baş əyməz zahid,Qılsa bir dəfə nəzər gər o kaman əbruyə.
Mən edir eşqdən üşşaqini, bilmir səbəbin,Zahidi-qafilə bax, gör nə gedib uyquyə!
Dilbəra, baxma çox ayinədə əksi-rüxinə,Tuti göftarə gəlir, baxsa əgər güzguyə.
Pasiban olmuş o gənci-ruxinə xali-siyah,Tapşırıbsan niyə cənnət açarın hinduyə?
Atəşi-ahim ilə göydə yanar kövkəblər,Bir də ahim əsər etməz, o büti-məhruyə.
Bağban görsə güli-ruyini gülşəndə, gülüm,Kafərəm, bir də salam meyl güli-xoşbuyə.
Vahidi dəfn eləyin rəhgüzərində o məhin,Bəlkə, təsir edə, qəbrim görüb o bədxuyə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sehvdir-musk-desem-turreyi-ember-muye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qismət et, yarəb, mənə daim meyü meyxanəni,Xali etmə məclisimdən saqərü peymanəni.
Oldum cünun görcəyin o zülfü qarəniOldum cünun görcəyin o zülfü qarəni,Saydım səbahədək göy üzündə sitarəni.
Etdi fələk zülm ilə məndən cüda səniEtdi fələk zülm ilə məndən cüda səni,Qıldı rəqib bəd sifətə aşina səni.
Sordumsa hər kəsdən, dedilər, bivəfa səniSordumsa hər kəsdən, dedilər, bivəfa səni,Neylim, həqiqi bilmiş idim aşina səni.
Başqa şairlərin şeirləri · Eşq
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Eşq zərif dürrdür, qəlb onun ümmanıQəlb əcəmi bir gözəl, eşq onun dastanı.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
ای نگار خند خندان یک زمان با من بخندتا کی این خشم تو تا کی چند از این ناز تو چند