Qismət et, yarəb, mənə daim meyü meyxanəni
Qismət et, yarəb, mənə daim meyü meyxanəni,Xali etmə məclisimdən saqərü peymanəni.
Kövsəri-cənnət sifatin vəsf edirsən aşiqə,Vermərəm mən kövsərə, zahid, meyü meyxanəni.
Əlaman, məşşatə, aşüftə edərsən aləmi,Könlümü qılma pərişan, vurma zülfə şanəni!
Hər səri-muyində bənd olmuş neçə iftadələr,Qoyma dəysin bir-birinə bu neçə divanəni.
Nöqteyi-xalın görüb ol səfheyi-ruyində kim,Zikri-zahidtək edər ol sübheyi-səddanəni.
Atəşi-ruxsarini gördü könül pərvanəsi,Gəl dolanım başına, yandırma bu pərvanəni.
Zahid istər məscidi, mən arizi-dildarimi,Bülbül istər gülşəni, bayquş sevər viranəni.
Nəql edər vaiz behiştü duzəxi kim xəlq üçün,Vahida, alma qulağə yüz belə əfsanəni.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-qismet-et-yareb-mene-daim-meyu-meyxaneni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!
Ürəyimdə o qədər sevgi varımdır VətənəÜrəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.
Aldı mey camini ol yari-güləndam əlinəAldı mey camini ol yari-güləndam əlinə,Can fəda saqiyə! Verdi o gülün cam əlinə.
Əgər mən olsam, o geysuyi-müşkitər yerinəƏgər mən olsam, o geysuyi-müşkitər yerinə,Öpüb, qucub, sarılardım o şuxun hər yerinə.
Başqa şairlərin şeirləri · Eşq
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,