Oldum cünun görcəyin o zülfü qarəni,Saydım səbahədək göy üzündə sitarəni.

Bir yarə vurdu sinəmə tiği-qaşılə kim,Müşkül sağalda, gəlsə Ərəstun, bu yarəni.

Ey dərdi-eşqə çarə ilə hökm edən təbib,Tədbirin olsa, bu mərəzə eylə çarəni.

Tökdü o yar səfheyi-ruxsarə zülfünü,Etdi qürub, görmədim ol mahiparəni.

Əhsən səriri-hüsnüdə o qarə xalına,Bir tək dolandırır bu qədər gənc idarəni.

Bir zərrə kəssə mehrini məndən o mah əgər,Ahım oduyla çərxə yetirrəm şərarəni.

Vahid, əgərçi yar kəsə səndən ülfətin,Sən cəhd qıl ki, dilbərilən vurma arəni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq