Aşiqsən, ey könül, qəmi-cananə, səbr qıl
Aşiqsən, ey könül, qəmi-cananə, səbr qıl,Bir bax cəfayi-gərdişi-dövranə, səbr qıl.
Dünyayə uyma, fanidir övzayi aləmin,Lal ol, danışma, hərzəvü hədyanə, səbr qıl.
Yar olma, sanma hər kəsi gördükdə əhli-dil,Nahaq yerə salır səni tez qanə, səbr qıl.
Hər şəm başına dolanıb yanma, ey könül,Gör şəmdən çəkibdü nə pərvanə, səbr qıl.
Olma tüfeyli, mərdsən, hər bir gədayə kim,Ali gədası olgilə, mərdanə səbr qıl.
Uyma kəməndi-zülfünə bu leyliveşlərin,Olma fəzayi-eşqdə divanə, səbr qıl.
Billah fənadu felin-işin, səbrin olmasa,Səbr etmək ilə iş yetər asanə, səbr qıl.
Naəhl, nanəcibə olunca tüfeyli kim,Xoşdur ki, mənzilin ola qəmxanə, səbr qıl.
Sirrin həmişə saxla nihan, xalqa söyləmə,Faş eyləyərlər seyltək hər yanə, səbr qıl.
Hər kimsəni vəfalı bilib, olma aşina,Bir gün olur ki, qəsd edər ol canə, səbr qıl.
Çeşmi-nigarə, zülfü xətü xalə vermə dil,Damə düçar edər səni ol danə, səbr qıl.
Vahid, şikayət eyləmə cövri-nigardən,Kafər də olsa, tez gələr imanə, səbr qıl.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-asiqsen-ey-konul-qemi-canane-sebr-qil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Olur şüküftə könül zülfi-yarə şanə dəyəndə,Necə ki, ovçu olur şad oxu nişanə dəyəndə.
Dil nalə edər ol güli-xəndanı görəndəDil nalə edər ol güli-xəndanı görəndə,Bülbül gələr əfğanə gülüstanı görəndə.
Narazıyam, ey gül, mənə imdad eləsən dəNarazıyam, ey gül, mənə imdad eləsən də,Naşad eləyən könlümü dilşad eləsən də.
Minlərcə gözəl olsa da hər millət içindəMinlərcə gözəl olsa da hər millət içində,Olmaz sənə bənzər, gözəlim, xilqət içində.
Başqa şairlərin şeirləri · Eşq
Zivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
ZülfünEyləyibdir çox cəfalar,Məni-binəvayə zülfün.
Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəmCiqqeyi-hüsnümü başımda bu gün yan edəcəm!Minəcəm naz atına, ərsədə cövlan edəcəm!