Olur şüküftə könül zülfi-yarə şanə dəyəndə,Necə ki, ovçu olur şad oxu nişanə dəyəndə.

Fərəhlənir ürəyim hər zaman ki, ol gözəlin,Xədəngi-qəmzəsi bu çeşmi-xunfişanə dəyəndə.

Zəmanə əhli olur cəm xalinin nəzarəsinə,Bahar zamanı çıxar xəlq seyrə danə dəyəndə.

Sitarələr yanar, ol mahə zərrəcə əsər etməz,Haçan ki, ahim odu taqi-asimanə dəyəndə.

Gələndə gərdişə əldən alır ünani-taqətimiO şəhsəvarın əli hər zaman ünanə dəyəndə.

Dübarə can verir insanə, Vahid, ol pəri, guyaBir özgə neşəsi var tiri-nazi canə dəyəndə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq