Ürəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.

İndi Fərhadı gərəkdir mən olaydım bu günün,Çünki mən aşiqəm hər Xosrovi şirinsüxənə.

Gər Züleyxadə vəfa olsa idi aləmdə,Cövrlər qılmaz idi Yusifi-gülpirəhənə.

Qan olur lalə kimi eşqdə aşiq qəlbi,Hər baxan ləhzədə bir dilbəri-qönçədəhənə.

Ey könül, qan olasan, eşqə məni sən saldın!Səndən oldu, o pəriçöhrə cəfa qıldı mənə.

Təki, ey gül, sənə, fəxr eylə ki, aşiq mən olum,Yoxsa əskilmərəm hər dilbəri-nazikbədənə.

Nola, Vahid, azacıq sakit ola məclisimiz,“Şur” dəsgahını bir xahiş edək tari zənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq