Yaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.Ürək cavan, saçlarıma düşüb dən,Gözüm qalıb gözəllərin üzündə.

Baxışıyla özlərini öyərlər,Gözlərinlə qadasını alarsan.Dindirərsən birdən “dayı” deyərlər,Dindirməzsən yana-yana qalarsan.

Qocalsaq da çiçəkləri sevirik,Bir də eşqin nə tərsi, nə avandı.Gözəlləri, göyçəkləri sevirikNeyləyək ki, onlar bizdən cavandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq