Hünərin var, bala böyüt,Dərd-sərini vecə alma.Hünərin var, bala böyüt,O böyüsün, sən qocalma.

Bu dəcəllər böyüdükcəŞöhrətimiz ucalacaq.Onlar görən ağ günlərdənBizə ağ saçlar qalacaq.

Dəcəl olur, şirin olur,Gözəl olur, axmaq olur,Nə sözündən çıxmaq olur,Nə sözünə baxmaq olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri