İnsan qızı
Üstünə gəlirəm,Ayaqyalın,GözlərimdənOd yağa-yağa;Üstünə gəlirəm,Yatmış dəvə karvanı kimiDağları qaldırıb ayağa.Üstünə gəlirəm,Fələklər qaçıbCanını qurtarmağa tələsir.Gəlirəm,Ulduzlar görübGöydə tir-tir əsir.Yüzillik palıdlarQanad çala-çalaArxamca uçur.Torpaq,Mən soruşmamışdanQorxubSirrini açır.Ovcumda balıq kimiÇapalayır dənizlər,Qorxusundan tərləyirAyağımın altındaSəhra adlı düzlər.Kainata səs düşübGəlir bir nəhəng.İnsan-adlı,İnsan-familli,Əməli – insan əməli,Dili – insan dili.Üstünə gəlirəm,İnsan qızı.Kainatın ulduzlu saçınıYolmağaGəlirəm.Sənin hayıfınıSəndən almağaGəlirəm.QarşındaDiz çökübTəslim olmağaGəlirəm,İnsan qızı...
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-insan-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çılğın baxışların dönərdi oda,Üzümə baxardın, mən qaynayardım.
Özümlə mübahisəNeyləyirəm yoxmu, varmı o dünya?Əgər yoxsa, var deməklə
Qızlar dayanarlar yollar yanındaBizim kənd yerinə gələndə baharqırmızı geyinib qızlar dayanar
Yol verin!Yol verin, yana durun,hamilə qadın gedir.
Başqa şairlərin şeirləri
Adəm ata üçün fərman enəndə,Yetmiş iki millət söylər aman hey,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
YaxşıdırNadan söhbətindən, gəda sözündən,Bir qanan üzümə söysə yaxşıdır.