Çılğın baxışların dönərdi oda,Üzümə baxardın, mən qaynayardım.Əgər əmr etsəydin, gözəlim, ondaDağı dağ üstünə alıb qoyardım.

Əgər çatılsaydı qaşın kamanı,Kainat xətrinə dəysəydi əgər,Elə silkələrdim mən asimanıUlduzlar tut kimi tökülərdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri