Qoca ağaclar
Yazıq,yazıq ağaclarınqocasına.İldırım axtarır yana,külək axtarır sına.Koğuşunda dovşan yatar,ot bitərbelə həyat ölümdən betər.Qabığısaxlayır onu birtəhər.Yazıq,ağacların qocasına yazıq.Ağac da tapmırsığına yazıq.Gözü görə-görəyanına əkildicavan pöhrə –yeri boş qalmasın deyə.Məhkumdu ölməyə,utanır yaşadığına.Meşəbəyi dəqıymır ona.İnsan deyil özünüqayadan ata,ağacdan asa.Necə olsunqurumasa,yıxılmasa.Yazıq ağacların qocasına.İldırım vura yana,Tufan qopa sına.Təki ağaclar arasındaşam kimi əriməsin,qurumasın,yıxılmasın, çürüməsin.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-qoca-agaclar
← → düymələri ilə keçid, R — təsadüfi şeir