Əsgər məktubu
Yazırsan: oğlum olub...Yazırsan: evimizdəTəzə günəş doğulub...Bir az ehtiyatlı ol,Od kimi şeydir oğul,Böyüyüb yanğın olar.Can isitmək yerinə,Sonra canın qovrular.
Durmuşam qazamatınQapısında keşikdə.Bala görməyə gələnAna durub eşikdə.Səbri kirpiklərindənSüzülür aram-aram.Öz doğma anam ola –Görüşə buraxmaram.
Başlarının üstündəGəzirəm sola, sağa,Baxıram hər dustağa...Birisi rüşvət alıb,Birisi ev yarıbdır.Birisi xalq malınıZəli kimi sorubdur.Biri də bıçaq çəkibÜstünə bir cavanın;Gözünü yolda qoyubMehriban bir ananın.
Dayanmışam keşikdə,Ürəyimin başındanAsılıb avtomatım,Qardaşım qaçsa burdan,Mənim borcumdur atım.
Ana yalvarır mənə,Yalvarır məftillərə.Ömrü az qalıbsa daO yalvarır illərə, –Tez gəlib keçin, – deyir,Ana görüşə gəlib,Ana görüş istəyir.Tikanlı məftillərinArxasında illərinAğırlığı gizlənib.Burda baxan yoxdur ki,Kim dəymədüşər olub,Bəslənib, əzizlənib...Sən də ana olmusan,Bir az ehtiyatlı ol.Od kimi şeydir oğul,Böyüyüb, boya yetibKönül qırmasın deyə,Körpə qəzəbi iləQab sındıranda qoyma.Sonra silah götürübİnsan vurmasın deyə,Əlinə daş götürübCücə vuranda qoyma.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-esger-mektubu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
GörmüşəmGözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,