Töküldü ağaclarıngörən gözləri,eşidən qulaqları,yaşıl yarpaqları.Ağaclar oldu kor-kar,budaqlarıyla küləyinsaçından yapışdı,kökləri ilə yerdən yapışdıağaclar.Quru barmaqları iləçörəkdən yapışan kimi aclar.Yer yerə çəkdi,küləklər göyə.Yerlə göy arasındaağaclar əsəblər kimitarıma çəkildibütün qışı inildəyə-inildəyə.Yaxşı ki, qışdakor-kar olur ağaclar.Yoxsa insanların,ulduzların biganəliyini görübyaşamaqdan yorularlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri