Gözlərim
Bu gözəl dünyaya, gözəl aləməKədərlə boylanma, kədərlə baxma.Gözlərim, dünyanı boyama qəmə,Payız sularıtək kədərli axma.Xəzəllər saralmış arzular deyil,Yarpaqlar öləndə gözəl olur ki,
Gözəl qarşılansın yenə gələn il.Bir cür gözəl olur, həm qürub, həm dan,Günəş də dünyadan gözəl gedir ki,Görənlər bezməsin gözəl dünyadan.İnsantək yaşasaq dünyada əgər,Bir ömür insanın gen-bol bəsidir.Böyüklər dünyaya “gözəlsən” deyər,Kədər acizlərin bəhanəsidir!
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-gozlerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səni gördüm, üzüm güldü, xoş gördük,Səni gördüm, xoşbəxt oldum bu axşam.
İş belə düşdüYaxşılı-yamanlı gözəldir hamı,Hərə bir taleli, hərə bir adlı.
Yarpaqlar quşlara qoşulub gedibYarpaqlar quşlara qoşulub gedib,Kür boyu meşələr tək qalıbdılar.
Balta səsiQışda balta səsi yaman olur.Kəsilən ağac yalan olur;
Başqa şairlərin şeirləri
Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!
BakıBir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm