İş belə düşdü
Yaxşılı-yamanlı gözəldir hamı,Hərə bir taleli, hərə bir adlı.Hər kəsin dünyada var öz əyyamı,Sevincli, kədərli, insan həyatlı.
Kimi gec doğulur, kimi bir az tez,Kimi də dünyaya vaxtında gəlir.Odur ki, araya düşür bu söz-sov.Biz çoxuq, amma ki, dünya birdi, bir.
Əvvəldən çaşmışdıq macəramızdaBiz öz başımızda od qalamışdıq.Müqəddəs vətəni öz aramızdaMəhəllə-məhəllə parçalamışdıq.
Hər kəsə baxanda bir düşün ki, sənHər kimsə insandır, bir gərək olar.Pisə “yaxşı” deyib, yaxşı edərsən,Yaxşıya pis deyib öldürmək olar.
Bir vaxtda doğulduq, iş belə düşdü,Dünyanın işindən biz ki halıyıq.Didişmək, boğuşmaq havayı işdi,Ölüncə bir yerdə yaşamalıyıq.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-is-bele-dusdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Rast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli
Qəzəl: Atma zinhar sitəm daşını divanələrəAtma zinhar sitəm daşını divanələrəKi pərilər yığılıbdır bu pərixanələrə
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Bu günləri bir hikmətə tuş oldumBu günləri bir hikmətə tuş oldum,Adı-sanı hər aləmdə deyilir.