Tənha ağac
Yol yanında tənha ağacYorğun yolçular üstündəAllahın yaşıl əlisənDüzəndə tənha qaralan,Qarşılayan, yola salan,Yüz illər bir yerdə qalan,Səbir, təmkin heykəlisən.Nə çoxdu ağac meşədə,Hər ağacın öz adı var,Bu çılpaq, sonsuz guşədə,Bir yaşıllıq fəryadı var –– Adı da tənha ağacdır.Niyə meşələrdən qaçdı?Niyə düzdə, səhralardaYaşıl fəvvarə tək daşdır.Yol yanında tənha ağac,Təklik Allaha yaraşır.Barı bir yol qəlbini aç!Danış, hönkür, hıçqır, bağır.Qoy görsünlər göz yaşların,yaşıl yarpaq olub yağır.Yol yanında tənha ağacYaradan da təkdi, haqdı.Bəli, elə əsl səfərÖzünə sadiq olmaqdı,Bir kökdə də dayanmaqdı.Qaçan hara qaçır axı,Taledən qaçmaq olmayar!Uçan hara uçacaqdıTaledən uçmaq olmayır.Doğulduğun əzəl gündənÖzünə doğrudur səfər.Zaman boyu fasiləsizQaçır gecə, qovur səhər.Yarandığı əzəl gündən
Yer dolanır, göy dolanırÖz oxundan çıxan çıxır,Uçan uçur, yanan yanır.Bu kainat yaranandanTəklər dilində danışır.Yol yanında tənha ağacTəklik Allaha yaraşır.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-tenha-agac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Görmedi gözüm hâlî gibi dünyâda şâmeGördüm mısırı bunca vü vardum niçe şâma
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi