Dayanıb gözləyir,Hər çiynində bir mələk.Başının üstündəUlu Tanrının damı.Barmağı tətikdə,Göz nişangahda,Gözləyir öldürüləsi adamı.

Öldürüləsi adam gəlir.Arxasında ömür yolu,İrəlidə arzuları, yolu.Heç nədən xəbərsizZümzümə eləyir adam oğlu.ÇiyinlərindəXeyri, şəri yazan mələklər,Başının üstündəUlu Tanrının damı.Bilmirəm yağışdı.Yoxsa taleyin göz yaşlarıdıdamır...Biz doğulan gündənÖlümə məhkumuqUlu Tanrının hökmü ilə,Bir yandan da belə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm