Atma zinhar sitəm daşını divanələrəKi pərilər yığılıbdır bu pərixanələrə

Eşq hər çənd gənci-hüsn deyib qapı qapıÖz ayağilə gəlib gənc bu viranələrə

Göz və könlüm səni ey leyli-afaq istərNola gər basasan ayağın bu siyahxanələrə

Zülfü kakil sözü ilə gecəmi sübh edərəmTifli-nadan kimi öyrənmişəm əfsanələrə

Bu xumar ilə nola badəyə mən yalvarsamBoyu mina, üzü saqi, gözü meyxanələrə

Qara olubdur bir iki şəm görünən məhfildəÖtməmişsən şəbi-mehtabdə viranələrə

Gül deyil, şəm deyil, Qövsiyə mənzur, ammaSübh bülbüllərə bənzər, gecə pərvanələrə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq