Xub yetişdin, yaxşı aldın könlümü ey yar-heyEy dolanım başına, ey nazin dildar-hey

Abi-heyvan, ruhi-qüdsi, ya Məsiha, sən nə sənHər nə sən, canım fəda olsun sənə ey yar-hey

Bəhri-rəhmət mövcə gəldi, əl-ətəş bəsdir könülAbi-kövsər başdan aşdı, mürği-atəşxar-hey

Qanımı mey, bağrımı qan, könlümü etdin kababÇeşm-hey nəzzarə-hey, ey şölə-ruxsar-hey

Sərvi qıldın payband və bülbülü lal eylədinŞivə-rəftar-hey, ey ləhcə-güftar-hey

Gərçə min yol şəm tək öldüm dirildim şərmdənYaxşı girdin qanıma ey taqəti-didar-hey

Fariğ etdin mərgdən Xızr-Məsiha tək məniEy həyati-cavidan, sərçeşməsi-güftar-hey

Dost öldürdü məni, ey düşmən, ölmək çağıdırYar yandırdı məni, yan indi ey əğyar-hey

Mən unutsam aşiqəm, amma unutmayın siz məniKəbə-hey, büthanə-hey, təsbih-hey, zünnar-hey

Gər sağalmaq könlü verdin Qövsi, ölməzsən, ölmə sənÇün təbibin qarşı gəldi, bəsdir ey bimar-hey

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq