Nə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva

Bitiribdir göyə təprağımı çün rəftarınBu kəşakəş dəxi, ey sərvi-xuraman, nə rəva

Aparıbdır məni çün əldən ayaqdan sahbaBu təğafül dəxi, ey saqi-dövran, nə rəva

Məni öldürməklə çün sənə təslim oldumSəyd kim bismil ola zəxmi-nümayan, nə rəva

Bülbülün naleyi-bitabına səbr eylə, könülHər nəsim ilə daşa şur ilə əman, nə rəva

Nə rəvadır sənə gülçinlər ilə açılmaqBülbülə çin-cəbin ilə, ey gül-xəndan, nə rəva

Aşiqin şikvəsinin əvvəli var, axırı yoxNaməyi-əncamə gər yetməyə ünvan, nə rəva

Məni gülçin kimi bipərdə sanan qönçeyi-nazSöylə hər söz diyənə kəsə bu bühtan, nə rəva

Qövsi xəstə ki pərvanəyi-bitabındırOna dil sər-dağ, ey atəşi-suzan, nə rəva

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran