Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür buİraq olsun yaman gözdən nə mijgandır nə gözdür bu

O ruxsar ilə qarşı ab olmaz durduğu yerdəNə yüzdür bu gözüm ayinədə yarəb nə tozdur bu

Dəmadəm həsrətindən bağrımın qan olduğu vəchinİnanır gözlərin, amma ləbin sanır ki sözdür bu

Deyil nöqsan iki dünyaya alsan aşiqin könlünMən və Tanrı və mizan və məhəbbət kim ucuzdur bu

Əgər gərdunə Qövsi əcz edib yalvarsa eyb olmazKim ol bicarə bir yalquz bəlakeşdir doquzdur bu

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq