Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!
Yox dilim yalvarmağa əzbəs xumar aludəyəm,Əl-ayağın sədqəsi, ey saqiyi-xunxar, eşit!
Bağrımı qan etdi qəm, ey yari-səngindil, inanCanımı yandırdı hicr, ey atəşin rüxsar, eşit!
Rəhm qıl eşq əhlinə, kəs bülhəvəsdən rəğbətin,Gər eşitməzsən onu, bari bunu, ey yar, eşit!
Sağərü səhbayə, zalım, ömrülərdir təşnəyəm,Bir zaman əglən, sözüm, ey əbri-gövhərbar, eşit!
Öldürərsən çünki sən axır məni bidad iləBir nəfəs zinharim, ey xunxari-bizinhar, eşit!
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün bu dərdə öz-özün, Qövsi, salıbsan mən kimi,Hər təbibin acı-acı pəndin, ey bimar, eşit!
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-cane-etdim-derdi-dil-zebtinden-ey-dildar-esit
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təğafül eyləmə, saqi, ki növbahar keçərYetincə bir də mənə dövr, ruzigar keçər
Qəzəl: Səba, durub yola düş, var ona salam yetirSəba, durub yola düş, var ona salam yetirAlıb cavabi-salamım dönüb peyam yetir
Qəzəl: Qönçeyi-gül ta gülüstanın çırağın yandırırQönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır
Qəzəl: Hər qədər gül lətif ola, ruxsarın özgədirHər qədər gül lətif ola, ruxsarın özgədirNərgis nə olsa, çeşmi-fusunkarın özgədir
Başqa şairlərin şeirləri · Eşq
Yazda gömgöy olan bağlar,Payızda tez sovuşurlar.
Getdilər əhbabü mən miskini giryan qıldılarGetdilər əhbabü mən miskini giryan qıldılar,Atəşi-həsrət bilə bağrımı büryan qıldılar.
ArzularKaş yenidən doğulaydım mən bu geniş dünyada,Bir də, bir də qayıdaydı o uşaqlıq illəri.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?