Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et!

Mənə bülbül kimi hər gül budağı dilnişin olmaz.Əgər bir belə sərvin var isə, ey bağiban naz et!

Dilim dutduqca əfqan eylədim, fəryadına yetdim,Nəfəsdən düşdüm axır sən həm, ey bifikr, dəmsaz et!

Əgər aşiq gözündən öz cəmalın görmək istərsənMənim ayinəmi, ey səngdil zinhar pərvaz et!

Gözün hərçənd sahirdir, həbibim, dilrübalıqda,Dəmi-canbəxş ilə göftarə gəl, ol sehri ecaz et!

İtirmə əl-ayağın, ey nigahi, əcz tanrıyçün,Ona əhvalımı ərz eylə, amma çox sözü az et!

Məqtə — şairin təxəllüsü olan son beyt. Vəfavü mehr ilə, ey sərvqəd, xublar arasındaÖzün mümtaz olub, üşşaqara Qövsini mümtaz et!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq