Olur hərçənd can şirin, vəli canan yerin tutmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Olur hərçənd can şirin, vəli canan yerin tutmaz,Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz.
Məni bülbüllər ilə bir tutan bidərd bilməzmi –Ki, yüz min bülhəvəs bir aşiqi-heyran yerin tutmaz.
Meyi-gülgun, şəbi-hicran nə keyfiyyət verir, saqi –Ki, sənsiz çeşmeyi-heyvan bir ovuc qan yerin tutmaz.
Əgər yüz min xiyaban şaxi-gül səbz olsa gülşəndə,Biri, ey bağiban, ol sərvi-xoşcövlan yerin tutmaz.
Nə hasil möhnət artırmaq, nə lazım dərdi-sər çəkmək,Təbib, ol dərdi-bidərman məgər dərman yerin tutmaz.
Könül hərçənd aliqədr olursa, mehrin əladır,Sədəf ğəltan həm olsa, kövhəri-ğəltan yerin tutmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sənə ərzani Qövsi ağız açmaq, gülmək, açılmaq –Ki, yüz mərhəm mənim zəxmimdə bir peykan yerin tutmaz.
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-olur-hercend-can-sirin-veli-canan-yerin-tutmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmişə şam kimi sərfi-piçü tab oldum,Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.
Bülbül mənim əfqanıma qatlanmadı uçduBülbül mənim əfqanıma qatlanmadı uçdu,Yanm gecə qönçə yuxudan durdu və köçdü.
Məxı istəmənəm dərdimi cananə desinlərMəxı istəmənəm dərdimi cananə desinlər,Əhvalımı ol zülfi-perişanə desinlər.
Mən məst idim, ol məstlə axır belə düşdümMən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.