Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Onunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur,Mənim könlüm alan yoxdur, sənə könlün verən çoxdur.
Məni-dilxəstənin həm sədqəsi çox, sorgilən halın,Səninçin nərgisi-bimarın əhvalın soran çoxdur.
Dili-sədparəmi sən algilən, ey namüsəlman kim,Bugün ol laleyi-sədbərgi dörd yandan dərən çoxdur.
Gözüm nöqsani-naz olmaz, sual et hali-zarım kim,Mənim dərdim bilən yoxdur, sənə gər bildirən çoxdur.
Qaçan fürsət verir nazi-təğafül dərdi-hicranə,Bəli əhya verən azdır və gör nə öldürən çoxdur.
Uzaqdır yol, gərəkdir ləngü ləngin başa aparmaq,Və gər nə öz səməndin bir havur yortub-yoran çoxdur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qənimətdir kimin kim, dideyi-mənisi rövşəndir,Və gər nə çeşmi-surətbin ilə Qövsi görən çoxdur.
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-onuncun-men-sene-yalvarmanam-kim-yalvaran-coxdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsənEy sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən
Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənunSübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun
Başqa şairlərin şeirləri
Xoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Qurtuluş bayramıSəsimi türkülərimlə yayıram,Adlayır duyğularımdan bu qoşun!
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,