Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən

Zinhar əlinə aynə, ey sənəm, dil alma,Öz canına rəhm eylə ki odlara düşərsən

Tə'xir şəkinin dəxi gəncayişi yoxdur,Gər fikri-dəvayi-dili-bimarə düşərsən

Gər versə könül taqət nəzzareyi-firibin,Zinhar ona aldanma ki zinhara düşərsən

Mən dami-bəlayım, yeri məndən həzər eylə,Kim udma, ey Qövsi, bicarə düşərsən

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar