Nə sərkəş şölədir bu boy, bu nə qədd, nə qamətdir,Qiyamətlər qiyamından qiyam etmiş qiyamətdir

Nə kakildir ki ənbərbiz olub badi-səba ondan,Cahan həm ol səba feyzilə rəşki-bağı-cinandır

Fələkdə elə pozmuş mehri-mahın rövnəqin hüsnün,Ki ulduzlar bu üzdən hər biri bir çeşmi-heyrətdir

Göz ü qaşın əgər İslam küfrü etməmiş yeksan,Bu nə meyxanədir, bəs ol nə mehrabi-imamətdir

Nə rəngamizdir, yarəb, bahari-xəti-səbzin kim,Gülüstanlar onun dövründə rəngamiz xəcalətdir

Kəlami-möcüzəncam ləbi-şirin kəlamından,Doludur şur ilə dünya və ləbriz həlavətdir

Bilübdür ta cəmalın mənasın, ey səbzə kakül,Nə surət kim müsəvvir nəqş edər məşqi-xəcalətdir

Çəməndən pərtövi-ruxsar ilə yarəb sən ötdün kim,Gül ü şəbnəm bəeynihi çeşmi-heyrət, əşki-həsrətdir

Gələr sağ u solunda hurvəşlər ol mələk, Qövsi,Nə olmuşdur, ey bidərd, gör kim nə qiyamətdir

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar