Qurbanın olum, Qövsi, məhcur sənindir,Şirin söz ilə xalqa salan şur sənindir

Aşiq ki zəif ola, onu yazıya salma,Hərçənd Süleyman olasan, mur sənindir

Məst olsam və dursam, dolanıb başına olsam,Təqsirə baxma, mey pərrüz sənindir

Gər öldürər olsan, əgər ehya verir olsan,Öz istədiyin elə ki dəstur sənindir

Yandırsan əgər cismimi yandır, nə sözüm var,Didar sənin, şölə sənin, Tur sənindir

Yadınla gözüm mərdümi dür, qətrəi-əşkim,Gər var çırağımda mənim nur sənindir

Ey gənci-rəvan, guşeyi-bitövşədən ötmə,Gəl, gəl ki bu gəncinə vü gəncur sənindir

Hərçənd ki hər bağda, hər ravzədə, ey gül,Bülbül mənəm və qönçeyi-məstur sənindir

Mən eyləmənəm ərz ü təmənna, sözüm onunla,Dindirmə məni, dilsizəm, amma sözüm onunla

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana