Yoxdur səbatı fəsli-gülün, ey həzar, heyf,Bir göz yumub açınca keçər nobahar, heyf

Düşdüm gedə-gedə iki aləm bəlalara,Bir qatilə ol bəla mənə olmaz duçar, heyf

Mən dəxi bir gül olsa idi tərzəban idim,Ol nobahar unutdu məni, ey həzar, heyf

Bülbül kimi mənim dəxi çox var sözlərim,Lal oldu qönçə tək dilim, ey gülüzar, heyf

Dövri-zaman əgərçə şərər bardır bu il,Bidərd, dərdin ki keçən nobahar, heyf

Meraca getdi gərçə səbuklıq şikəstəlik,Olamadım öz muradım ilə xaksar, heyf

Heç kimsə dərd qədrini bilməz mənim kimi,Qədrimi bilmədin mənim, ey ruzigar, heyf

Səyyadə səyd qədrini vəhşət bildirir,Qövsi, mən ol kəməndə tez oldum şikar, heyf

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar