Qəzəl: Əzəl başdan ki nəqdi-canımı cananə tapşırdım
Əzəl başdan ki nəqdi-canımı cananə tapşırdım,Onun dərdü-bəlasın cümlə yığdım, cana tapşırdım
Yaxam bir lehzə qurtulmaz kəşakəşdən nə həsil kim,Bu kəştinin giryanın tutub tufana tapşırdım
Onun xalın dərin öz gözlərimdə saxladım mən kim,Əgər düşmənlərim can istədi, mərdanə tapşırdım
Biləydim kaş qəmmaz olduğun aynənin ol gün,Ki mən yarın xəyalın dideyi-heyrana tapşırdım
Pər pərvanətək hər kipər kim bir şölədir, ta mən,İnayətin könlümün ol atəşin cövlana tapşırdım
Məhəbbətdən görənin yaxşı yamanın könlümün, kim mən,Özüm çəkdim aralıqdan, evi mehmana tapşırdım
Dağıldı tarü-pudum, ta dili-sədparəmi yığdım,Onun hər pareyin bir növəki-müjgana tapşırdım
Nolaydı nəqdi-canım tapşırdım, ah kim, Qövsi,İnani-ixtiyarım saqiyi-məstanə tapşırdım
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-qezel-ezel-basdan-ki-neqdi-canimi-canane-tapsirdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsənEy sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən
Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənunSübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun