Ey deyən: Məcnun hanı, Məcnun mənəm, Leyli gərək,Surəti-divar çoxdur dəhrdə, mə'ni gərək

Hər kimi görsən Məcnundan, vəfadan laf vurar,Dəvayi-batil nə həsil, şahidi-dəva gərək

Aşiqə təmkin, istiğna ü taqət peşədir,Kim deyibdir kim gədanın təb'i müstəğni gərək

Mən səmumi-hicrdən bərbadam, ey badi-bahar,Ya nəsimi-sübhi-məhşər, ya dəmi-İsa gərək

Eşq isbatında, ey pərvanə, yandın, bilmədin,Kim bu surətxanədə dəvayi-bimə'ni gərək

Hüsnə eşq əhvalını ərz etmək asandır, vəli,Aradə nəzzarə tək bir dil bilən elçi gərək

Ey cünun, bil qədrini, çox çalma daşdan daşa kim,Səhldir Məcnun, Fərhad olmasa, Qövsi, gərək

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq