Qəzəl: Nolə ki bağrımı həm çeşmi-giryan eylər
Nolə ki bağrımı həm çeşmi-giryan eylər,Mənə fərman özünündür nə ki canan eylər
Mur-u mar ilə düşübdür sərükarım neylim,Könlümü xal yaxar, zülfü pərişan eylər
Bir uşağın gənə bazicə evidir könlüm,Ki həman yapdığı saət onu viran eylər
Naguvar odur əgər qeyrə verə abi-həyat,Yar əgər dərd verir, dərd yemə dərman eylər
Qönçələtmiş məni ol şaxi-gülün hicranı,Bibəsirət mənə təklifi-gülüstan eylər
Kimsənin dəyməmişəm könlünə hərgiz, yarəb,Mənə hər kim ki yetər, könlümü viran eylər
Tifl dər südcəm yaxşı yaman fərq etməz,Ki əgər Kəbə əgər bütkədə viran eylər
Ola gər Qövsiyə mənzur gül-ruxsarın,Nəzmi-rəngin ilə dünyanı gülüstan eylər
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-qezel-nole-ki-bagrimi-hem-cesmi-giryan-eyler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl,Getdim əldən, ey dolanım başına, dildar, gəl
Qəzəl: Xəzan ayamı girdim bağa, yadi-nobahar etdimXəzan ayamı girdim bağa, yadi-nobahar etdim,Quru bir nalə ilə bülbülün dərdin həzar etdim
Qəzəl: Hərçənd bəzmi-vüsalə cananə yetmişəmHərçənd bəzmi-vüsalə cananə yetmişəm,Ta canı tapşıranca ona cana yetmişəm
Qəzəl: İkaş eşqi ol bazicə sanmasaydımİkaş eşqi ol bazicə sanmasaydım,Ta avarə-varə axır o odlara yanmasaydım
Başqa şairlərin şeirləri · Eşq
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməzQoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.