Dostlar, könlüm diyarın etdi viran iztirab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dostlar, könlüm diyarın etdi viran iztirab,Eylədi övraqi-tərkibim pərişan iztirab.
Hər kimi kim yandırar atəş, yanar ondan betər,Heyləsin gər etməsin ol bərqi-cövlan iztirab.
Qətrə gər dərya üçün bitab olur məzurdur,Bilmənəm neçün qılır dəryayi-ümman iztirab?
Mən deməm kim durgilən axşamatək, ya sübhətək,Belə amma etmə ey sərvi-xuraman iztirab.
Nəqdi-can hər vəqt ola axır sənə təslim olur,Eyləmə qətlimdə çox, ey namüsəlman, iztirab.
Eşq tək getməkdə sübhi-vəsl biaram olur,Seyl tək gəlməkdə eylər şami-hicran iztirab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər biri bir rəngilə Qövsi fəğan kim, qıldılar,Könlümü ab intizarü bağrımı qan iztirab.
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-dostlar-konlum-diyarin-etdi-viran-iztirab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilim fəğan ilədü, didə qan ilən doludur,Könül səhifəsi şərhü bəyan ilən doludur.
Həmişə şam kimi sərfi-piçü tab oldumHəmişə şam kimi sərfi-piçü tab oldum,Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.
Bülbül mənim əfqanıma qatlanmadı uçduBülbül mənim əfqanıma qatlanmadı uçdu,Yanm gecə qönçə yuxudan durdu və köçdü.
Məxı istəmənəm dərdimi cananə desinlərMəxı istəmənəm dərdimi cananə desinlər,Əhvalımı ol zülfi-perişanə desinlər.
Başqa şairlərin şeirləri · Hicran
Daim əsiri-türreyi-canan keçib gedib.
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarıƏgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.
Sənsiz səmadə olsa mələklərlə ülfətimSənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.
آرزومندم ولیکن کو قدمدر فراقت شد وجودم کالعدم