İstərəm peyvəstə, ey rəna dolanım başına
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İstərəm peyvəstə, ey rəna dolanım başına,Qoygilən əldən inanım, ta dolanım başına.
İstərəm kim, gah qurban, gah bəlagərdan olam,Gah, ey sərvi-səhi-bala, dolanım başına.
Hanı ol bəxtrəsa kim, kakili-müşkin kimi,Ya öpüm hərdəm ayağın, ya dolanım başına.
Dutgilan bir yerdə sən, ey mərkəzi-təmkin, qərar,Ha dönüm pərgar tək, mən ha dolanım başına.
Çox yamandır etimad etmək bu gündən danlaya,Ta həyatım var durum hala dolanım başına.
Ta ayaqdan salmamış saqi kimi səhba məni,Saqinin yadilə, ey mina, dolanım başına.
Şəm tək gər tərü pudum yandırırsan razıyam,Bir zaman pərvanə tək amma dolanım başına.
Ömrlərdir itmişəm, mən bilmənəm kim, handayam,Heç məni gördünmü, ey ənqa, dolanım başına.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bir-birinin halını sormaq gərək divanələr,Ver xəbər Qövsidən ey səhra, dolanım başına
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-isterem-peyveste-ey-rena-dolanim-basina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim şux sitəmkarımTəğafüldən usanmazmı
Qəzəl: Zəəfi-qəmində ol kəmərin sorma halımıZəəfi-qəmində ol kəmərin sorma halımıBir muyi-pic və taba salıbdır xəyalımı
Qəzəl: Sən ki saldın çöllərə məcnun tək ey Leyla məniSən ki saldın çöllərə məcnun tək ey Leyla məniQoyma kim sayd eyləsin hər ahuyi-rəna məni
Müxəmməs: Qorxum bu ki canım çıxa qəmxar gəlincəQorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincə
Başqa şairlərin şeirləri · Mey və meyxana
آفتاب از جان و دل پروانه شد
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəmSaqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
Sevmişəm(Arış) mülkünün Muğan tayındaBir dilbər-məh cəmalı sevmişəm,