Kimi can etdi, kimi könlünü dildarə fəda
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Kimi can etdi, kimi könlünü dildarə fəda,Bilmənəm mən ki, yoxumdur, nə edim yarə fəda?
Abi-yaqut deyil əşki-rəvanım, mən onuNə üz ilən edim ol ləli-göhərbarə fəda.
Bu səbəbdən ki, sənin çeşmüvə bir nisbəti var,Eylərəm nəqdi-həyatım dili-bimarə fəda.
Hər gülün başına dönmək nə həvəsdir, bülbül!Aşiq oldur ki, özün eyləyə bir yarə fəda.
Eylər azadələrin adını aləmdə bülənd,Sərv edərsə özün ol şiveyi-rəftarə fəda.
Onun üçün sevirəm mən dili-sədparəmi kim,Çeşmi-bimarivə hər gün ola bir parə fəda.
Dili-pürxunimi hədrəm basaram bağrıma kim,Ola bir gün ki, ola saqiyi-xunxarə fəda.
Yıxmağa, yapmağa layiq deyil, ol viran kim,Dəmbədəm gənci-göhər etməyə memarə fəda.
Bilmə kim, görürəm tabü təbin xurşidin,Zərrə-zərrə olur ol şöliyi-rüxsarə fəda.
Məqtə — şairin təxəllüsü olan son beyt. Söz bilənlər arasında ələm olmaz, Qövsi,Etməyən xamə tək öz yaşını göftarə fəda.
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-kimi-can-etdi-kimi-konlunu-dildare-feda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoymaz əldən eşq damanını əqli var olan,Etməz ol səhbayi-biğəş tərkini hüşyar olan
Qəzəl: Ey biqərar sinədə neştərmisən, nəsənEy biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsənEy sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən