Mənim şux sitəmkarımTəğafüldən usanmazmıFəramuş olmayın yarımMəni bir qatilə anmazmı

Mey gülfam üçün məhvəşEdən azar dərdkeşŞərabi-saf tək biğəşMəgər bir gün bulanmazmı

Harayımdan səpehri-dunTökər əncüm gözündən xunUsandı cövrdən gərdunHənuz olmaz usanmazmı

Təbib fariğülbalımKi sındırmış pərü balımMənim bilməzmi əhvalımDesəm yarəb inanmazmı

Dilində bülbül zarınRəvadır vəsfi-gülzarınGörəndə arizin yarınYüzü yüzdən utanmazmı

Gəlib ol sərvi-naz ötdüDili-bitabi məhv etdiQiyamət gəldi və getdiBu qafil heç oyanmazmı

Nədir təqsirim ey kafirSözü şirin, özü sahirBu Qövsi başına axırDolanırmı, dolanmazmı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri