Yazda gömgöy olan bağlar,Payızda tez sovuşurlar.Sevgililər ayrılırlar,Sevgililər qovuşarlaryol ayrıcında.De, nə gördüm bu həyatda,Gah yatmışam, oyanmışam.İlk eşqimin çətri altdaBir sükutla dayanmışamyol ayrıcında.İstər indi, istər qədim,Könül küsür, qəlb barışır.Bəzən olur, nə gizlədim,Ürəklər də haçalaşıryol ayrıcında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq