Bitirib şərəflə Darülfünunu,Mərmər pillələrlə endiyim zaman.Gördüm bir həvəslə çıxır yuxarı,Onillik məktəbi qurtaran oğlan.

Dedim ki: – Enirəm sizi, pillələr!O isə təzəcə qalxır yuxarı.O da mənim kimi, keçdikcə illər –Belə şən dönəcək həyata sarı.

Bir vaxt tələbə tək qalxmışdım mən də.İndi müəlliməm gedirəm artıq.Bu gediş, bu gəliş kəsilmir səndə,Sinən qəlbim kimi bilmir rahatlıq.

Ana qucağını açdıqca bina,Qoynuna bəxtiyar bir gənclik gəlir.Səninlə qalxaraq Darülfünuna,Elmin yollarında onlar yüksəlir.

Xoş günlər görürəm gəlişinizdə,Gəlin ki, kamala yetsin nəsillər.Möhtəşəm bir həyat canlanır sizdə,Ey mərmər pillələr, mərmər pillələr...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri