Təhsil illəri
Dostum yazıçı Əlfi Qasımova
Ey dost, sən Bakıya təzə gələndə,İpləri ağ yundan corab geyərdin.Uzanıb yerinə, əlində dəftər,Payız gecələri mürgüləyərdin...
Yadına düşdükcə hərdən kəndiniz,Xəyalın bir anlıq ora gedərdi.Üzü günə baxan aynabəndiniz,Səni düşündürər, düşündürərdi...
Lakin aylar keçdi, illər dolandı,Xəyalın az gəzdi dağda, çəməndə.Hərənin qəlbində bir arzu yandı,Mühərrir olmağa can atdın sən də.
İndisə dönən tək otağına sən,Yazdığın mövzuya nəzər salırsan.Vaxtsız yuxulara aman vermədən,Sabahın qeydinə bu gün qalırsan.
Adətdir, yaxşı dost darda sınanar,Yüz dəfə imtahan vermişik azı.Elmin yollarına tutaraq fənar,Biz yola salmışıq dörd qış, dörd yazı.
Biz daxil olanda darülfünuna,Yolumuz ağzında bir ev də vardı.O, çox kiçik idi, baxdıqca ona,Qəlbimiz arabir hey sıxılardı.
Lakin aylar keçdi, onun yerində,Göylərə baş çəkən saray quruldu.Bir bahar fəslində, günün birində,Üstünə rəngbərəng naxış vuruldu.
Məktəbə gələndə, ey əzizim, sən,Xeyli kiçik idin, o evciyəz tək.İndi ucalmısan, düzünü bilsən,Böyükdür səndəki düşüncə, ürək.
Səni bu kamalda görəndə düzü,Səmimi dost kimi sevinirəm mən.Gəl elmə bağlayaq öz könlümüzü,Dörd ildə nə qədər dəyişilmisən!
Söylə, yadındamı, hər pul alanda,Yaxşı düşməsə də deyirəm bunu.Gedib soruşmazdıq yeməkxanada,Xörəyin bahalı, ucuzluğunu.
Ah... Təhsil illəri, təhsil illəri...Yenə əzizsiniz öz canım kimi.Mən sizi duyduqca ürək telləri,Coşub-dalğalanır ilhamım kimi.
Naxçıvan çayının göy vadisində,Şəkərabad kəndində doğulmuşam mən.Gözəl Qarabağın bir guşəsində,Ey dostum, həyata göz açmısan sən.
Lakin öz qəlbimiz, öz amalımız,Bizi bir məsləkə bağlamış artıq.Elmə doğru uçan quş xəyalımız,Nə gecə, nə gündüz bilmir rahatlıq.
Görürəm mən səni illər dalında,Bir alim, mühərrir sifətində bax.Qardaş millətlərin birlik zalında,“Sülh” – deyə coşursan, alovlanaraq.
Görürəm mən səni, sevimli dostum,Birgə baş çəkirik vətənimizə.Deyirlər: – Bu oğlan bir tələbəydi,Bu gün alim kimi dərs deyir bizə!
Bəli, bu olacaq, bu deyil uzaq,Hələ yol gedirik o şanlı günə.Odlu bir ilhamla alovlanaraq,Xeyir verəcəyik Vətən mülkünə.
Ey dost, unutma ki, Darülfünunun,Yolu gur işıqlıdı – elmə tərəfdir.Yuxusuz gecələr keçsə də, onunAdını doğrultmaq bizə şərəfdir.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-tehsil-illeri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Söhbəti hal əhlinin ruhə təravət verirSöhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,