Ala gözlü bir taksi var
1Bir əl qalxdı, taksi durdu,Şofer dönüb baxdı ona.– Hara sürüm?– Sür bu yana!O, sükanı yana burdu.Şofer bildi öz işini,Tez tanıdı sərnişini.Tanış zavod, Qaraşəhər,Göyə qalxdı göy tüstülər...Yaşıl taksi axıb getdi.Şimşək kimi çaxıb getdi.
2Bir səs gəldi,– Saxla görüm!– Hara sürüm?– Sür dağüstü şəhərə sən,Yatmamışam səhərəcən.Bu gün təhvil verəm gərək,Yol üstdəki üç binanı.Şofer baxdı sevinərək.– Doğru sözdür, düzdür yanı?Bu mənzilin orderini,Döş cibimdə gəzdirirəm.Ah, xoşbəxtəm, bir gör kimiMaşınımda gəzdirirəm...Yaşıl taksi axıb getdi,Şimşək kimi çaxıb getdi.
3Doğum evi, yaşıl küçə...Bir səs gəldi;– Saxla bircə!Gül-çiçəyə bata-bata,– Buyur – dedi cavan ata.Gözəl gəlin, əkiz uşaq,Taksi təmiz, yeri yumşaq...– Sür, ay şofer!– Sür, ay şofer!Qibtə etdi subay şofer.Yaşıl taksi axıb getdi,Şimşək kimi çaxıb getdi.
4Ağ qəndillər saçaq-saçaq...Əllər qalxdı:– Tez ol, qoçaq!– Tez sür!– Hara?– Qismət olsun subaylara!Toyumuz var. Tez ol, əyə!Gedək gəlin gətirməyə.Çox olsa da taksi, filan,Lap birinci dayanarsan!Bəndənizin özü bəydir.Bizim əziz,GəlinimizBu maşında gələcəkdir!Yaşıl taksi axıb getdi,Şimşək kimi çaxıb getdi...
5O, sürdüyü yerdə yenə,Bir göz dəydi gözlərinə.Əli əsdi, qolu əsdi,Çaşıb tamam yolu kəsdi.Ləngitsə də yüz maşınıDöndərmədi heç başını.Bunu görcək tələsdi qız,Tez oturdu ixtiyarsız.– Yolu kəsmə, tez sür sola!..Maşın getdi...– Uğur ola!Uğur ola, sevə-sevəHələ subay yaşayana.Uğur ola bir maşında,Bir şəhəri daşıyana!Yaşıl taksi axıb getdi,Şimşək kimi çaxıb getdi...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-ala-gozlu-bir-taksi-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir