Sevgilim, qulaq as bir,Həyat sevəni sevir.Mənə də ilham verirSənin sükutlu nazın.

Qəlbimə axsan əgər,Kirpiyim nur çiləyər.Eşqimi inciləyərBahar ümidli nazın...

Həsrətlə yananda mən,Uçub getdin göyünən.Güldü ağ tül geyinənDuma buludlu nazın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq