Gəlmişəm
Yenə coşdu ürəyimin telləri,Əziz dostlar, mən tüğyana gəlmişəm.Neçə vaxtdır görmür məni bu yerlər,Araz üstə mən seyrana gəlmişəm.
Ah, nə deyim, nə söyləyim sizə mən,Gözüm dolur, söz deyəndə ürəkdən.Bu torpaqda kəsdiyim duz-çörəkdən,Qüvvət alıb, mən cövlana gəlmişəm.
Vurulduqca bu sevimli yurda mən,Rübabımı kökləmişəm burda mən.Mənə şeir çələngini bəxş edən,Yaraşıqlı bir məkana gəlmişəm.
Ovçu kimi mən dolana-dolana,Qalxıb Araz qırağından bu yana.Baba yurdum gözəl Nəqşi-cahana, –Ana yurdum Naxçıvana gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-gelmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
ƏrlərEy can verib ad almış olan adsız igidlər!Daldıqca sizin qəbrinizə parlar ümidlər!
BuludlarLermontovdan iqtibas*Ey lacivərd göylərin əbədi yolçuları,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.