Elmi-bəşər
“Bir məktub münasibətilə”Bəradərimə:
“Kəsbi-ürfan için, fəzilət içinDurma, yüksəl!” deyirsən...İştə mənimƏn böyük, ən sevimli amalım,Qayeyi-məqsədim budur. Lakin,Nə için gizləmək gərək, yetişir...Nə qədər pürümidü biaramGecə-gündüz çalışsam, uğraşsamYenə ən son nəticə heçlikdir.“Aramaq, bulmaq, içtihad etmək,Arif olmaq...” deyirdin, iştə bu birRuhpərvər, sevimli xülyadirKi, inanmaq əbəs... nasıl, nə demək.İstərəm anlayırmısan? Məsəla:İmdi yerdən səmayə doğru dərin,Çox dərin bir fəza təsəvvür edin,Yüksəlib bir bəyaz qanadlı hüma,— Tizpərvaz bir fəriştə kimi —Böylə dalsın onun dərinliyinə;Nə olar? Şübhə yox ki, şəhpərinəBir rəxavət olar da müstövli;Yorulur, sonra çırpınır, bayılır,Sönər əvvəlki etila həvəsi;Uçamaz artıq, iştə son nəfəsi...Qafil insan da həp o fikrə əsir.Bəşəriyyət zavallı, çox məsum...Daima bir sərabə aldanaraq,Qoşuyor, sanki bir dəniz bulacaq,“Bilmək, öyrənmək” öylə bir uçurumKi, onun intəhası yox, dibi yox...“Bilirəm” söyləyən də var pək çox.Nəmə lazım... o bir xəyalətdir.“Elmü ürfan” nədir, mən anlamadım,Çünki həp cəhlə doğrudur hər adım.“Bəşəriyyət kamalı buldu” denir...İştə bürhan! “Bu gün də bir qanunKəşf olunmuş...” fəqət bitərmi zünun?!Bir həqiqət bu gün müsəlləm ikən,Onu mütləq yarınki hikmətlərZəhrxəndiylə örsələr, zədələr,İki gün sonra eyni hikmətdənDaha çox şübhələr, tərəddüdlərDuyar insan, bu, iştə elmi-bəşər!..
Kitabxana.az · https://kitabxana.az/works/cavid-elmi-beser
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
BİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.
DəvətDƏVƏTBir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.
HicrətHİCRƏTEyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.
NüsrətNÜSRƏTSəkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar.