Elə mətahların xiridarı mənəm,Sərf olsa hesaba çata bilməzsən.Yük bağlasan bu cahanı gəzərəm,Şahlar oylağından ötə bilməzsən.

Yoxladım elmini, bildim anlağın,Ərəb-fars deyərəm tutmaz caynağın.Sən çərçisən, get sat iynə-sancağın,Elə bazarlara çata bilməzsən.

Çoxdu bu dünyada aşığın sanı,Arif olan sözdən bir mətləb qanı.Məmmədhüseyn tapar sərraf olanı,Sən dürü mərcandan seçə bilməzsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət