Yolumu kəsəndə buludlarDalımca ağlama –Buludlar ağlayır onsuz da.Töküləndə yağış, ələnəndə qar,Dalımca ağlama –Yağış, qar ağlayır onsuz da...Boylanıb pəncərə şüşələrindənDalımca ağlama –Şüşələr ağlayır onsuz da.Keçəndə payız meşələrindənDalımca ağlama –Meşələr ağlayır onsuz da!

Dalımca ağlama –Belə gec görüşüb tez ayrılanda.Dalımca ağlama –Ürək ayrılmırsa biz ayrılanda!..

Leninqrad, 8.X.1979

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar