Gecikib payızda açılan çiçək,Sevinci qürubda oyanan ürək,Qatardan ayrılıb yol gedən duma,Sonsuz düzənlərdən çovuyan külək,Sizin kədəriniz yandırar məni.

Övlad yollarına göz dikə-dikəÖmrü yola verən, ay ata-ana!Övlad qayğısına yetə bilməmişYetdiniz onların ayrılığına!Ürək intizarda, qulaqlar səsdə.Günlər xəbərlərdən asılı qaldı.Dünyanı dolandı ürəkparanızÖmür bir ocağa qısılı qaldı.Dağlar arxasında, ay balaca kənd,Şehdi cığırları titrəyən çöllər,İşığı sozalmış ay doğma ocaq,Nağılı bitməmiş mehriban ellər,Sizin dözümünüz yandırar məni!

Gözü çeşmə olmuş qardaşıma bax,Sərhədlər üstündən yenə əl edir.O Araz çayıdır – ağ şimşək kimi,Ya hicran dağları əriyib gedir?

Siz ey yer üzündə doğulmamışdanAlnına ayrılıq sözü yazılan!Özü bu dünyaya göz yummamışdanQəlbində ümidə məzar qazılanCənublu, Şimallı – o tay, bu taylıHicranı əsrlə başabaş olan,Dərbəndli, kərküklü, qarayazılı,“Türk”, “tatar”, “iranlı”, “əcəm”,“müsəlman”,Gah da “tərəkəmə”, “qızılbaş” olan,Qolları Araza körpü olmamışSınıq körpüləri su altda qalanFikirli qardaşlar, qəmli bacılar!Sizin sükutunuz yandırar məni!Qurbanı olduğum, ay ata-ana,Başına döndüyüm Vətən torpağı,Körpüsü qırılan qəmli Arazım,Ümidim, göz yaşım, həyatım, arzum,Sizin sükutunuz yandırar məni,Sizin kədəriniz yandırar məni,Sizin dözümünüz yandırar məni!..

Dubulti, 13.I.1982

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən