Məni bir ocağa, kəndə, rayona,Bir dağ arasına,dərə dibinəBalaca vadiyə,balaca yola,Balaca dünyaya bağlama əsla.Necə arzulasam, necə sevsəm də,Köküm, uşaqlığım, xatirələrim,Ömürlük yazmağa bəs eləsə də,Özümə qısılıb qala bilmədim.Budaqdan asılan gecəquşutəkBir evdən asılıb qala bilmədim.

Sən mənim dünyamın üfüqləriniAxtarma siyasi xəritələrdə.Mən orda bölünmüş,əyalət, azlıq...Kağızın üstündə parça-tikəyəm,Siyasi xəritə – siyasətbazlıq!..

Mənim taleyimə kağız biganə,Mən bu bölgülərə üsyan səsiyəm.Mən öz istəyimdə, sözüm, ruhumlaYurdumun bölünməz xəritəsiyəm!

Peredelkino, 22.XI.1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri