Dağ mavi qartaldı, duman qanadı,Laləni köksümə sıxdım, qanadı.Yollar yoxuşlarla məni sınadı,Yolları bağlayan çəndən küsmüşəm,Səndən küsmüşəm.

Qaya sözeşitməz, külək qamçılı,Buz kimi bulaqlar şəfəq damcılı,Sənin qəlbin ipək, dilin qamçıdı –Çırpıldı arzuma gendən, küsmüşəm,Səndən küsmüşəm.

Qəlbin sözlə dolu, gözün yağışla...Oda pərdə çəkdin buzdan naxışla,Oxşadın ürəklə, döydün baxışla;Sənə rast olduğum gündən küsmüşəm,Səndən küsmüşəm!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar