Qılınc səslənirsə dinən olmasın,Döyüş köhlənindən enən olmasın,Geri çağırsalar dönən olmasın,Meydan ki qızışdı "dur!" vaxtı deyil!

Qaranquş yuvamda çöp də yanırsa,Yüz il uyduğumuz gop dağılırsa,Yurdum yad ayaqda tapdalanırsa,Məndən kimliyimi sor vaxtı deyil!

Ekranda əyləncə, musiqi, şer,Qonşu qonşusuna iftira deyir,Kişisən düşmənin cavabını ver,Yoxsa özünkünə zor vaxtı deyil!

Hayana baxırsan ələm, göz yaşı,Qırğınlar, matəmlər... dərd başdan aşır,Ölənlə bərabər ölmə, qardaşımTarix sınağıdır, gor vaxtı deyil!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri